OPEK+ formatının iştirakçısı olan ölkələr strateji xəttinə sadiq qalaraq 2022-ci ilin yanvarında da gündəlik hasilatı 400 min barel artırmaq qərarına gəliblər.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Monitorinq Komitəsinin iclasında bildirilib.
Xatırladaq ki, koronavirus pandemiyasının səbəb olduğu tələbat azalması üzündən ötən ilin may ayında gündəlik hasilatı 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel azaldan alyans bu ilin yazından etibarən hər ay hasilatı 400 min barel artırır. Bununla da 2022-ci ilin sentyabr ayınadək hasilatın ixtisarına dair öhdəliklərə son vermək nəzərdə tutulur.
Qeyd edək ki, öhdəliklərə əsasən dekabr ayında gündəlik hasilat 3,76 milyon barel olmalıdır.