Yuxarı

OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair kvotalar artırıla bilər

OPEC+ çərçivəsində hasilatın azalması kvotaları artırala bilər

OPEC+ Nazirlər Monitorinq Komitəsi sabahkı iclasında neftin gündəlik hasilatını 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon bareldən daha çox azaltmaq məsələsini müzakirə edə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistələrə İraqın neft naziri Thamer Ghadhban bildirib.

O, iclasda OPEC komitəsinin məruzəsinin dinləniləcəyini deyib: “İyun ayında görüşümüz zamanı qəbul etdiyimiz kvotların təsirini dəyərləndirmək üçün altı ay müddətinin kifayət olmadığını, daha iki aylıq vaxtın lazım gəldiyini başa düşdük. Odur ki, sabah mövcud kvotlarla davam etmək, yoxsa daha dərin kvotlar elan etməklə bağlı qiymət verə biləcəyik. Ötən ilin noyabr ayındakı müzakirələrə nəzər salsaq, gündəlik hasilatı 1,6 milyon, yaxud 1,8 milyon barel azaltmaqla bağlı iki alternativimiz vardı, lakin bəzi üzvlər üçün bunlar qəbuledilməz sayıldığı üçün gündəlik 1,2 milyon bareldə razılaşdıq”.

Nazir indi də ekspertlərin təqdim edəcəkləri rəy və tövsiyələrin mühüm olduğunu söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Küveyt, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qazaxıstan, Rusiya və Venesuelanın təmsil olunduğu Nazirlər Monitorinq Komitəsinin Əbu-Dabi şəhərində keçiriləcək iclasında hasilatın azaldılmasına dair razılaşmanın həyata keçirilməsi ilə bağlı mövcud nəticələr və 2020-ci ilə dair proqnozlar müzakirə olunacaq.

2020-ci ilin mart ayının sonunadək qüvvədə olan hasilatın azaldılmasına dair OPEC+ razılaşması neftin qiymətini sabitləşdirmək məqsədi daşıyır. Razılaşmaya görə, OPEC+ formatının iştirakçı ölkələri gündəlik hasilatı 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barel (o cümlədən Səudiyyə Ərəbistanı 322 min, Rusiya 228 min barel) azaltmaq öhdəliyi götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi