OPEC bülletenin mart sayında Azərbaycana həsr olunmuş “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub.
Məqalələrdə Azərbaycanın dünya neft sənayesi tarixində rolu, OPEC təşkilatı ilə 1992-ci ildən başlayan əlaqələrin 2016-cı ildən etibarən yeni mərhələdə inkişafı, neft bazarının tənzimlənməsi prosesində Azərbaycanın davamlı dəstəyi, intensiv əməkdaşlığı, “OPEC plus” çərçivəsində tədbirlərdə mütəmadi iştirakı kimi məqamlara diqqət yetirilib. Bakıda OPEC plus tədbirlərinin yüksək səviyyədə keçirildiyi qeyd olunub. “Qlobal miqyaslı dövlət adamı və uzaqgörən lider kimi Azərbaycan Prezidenti
Bülletendə həmçinin Azərbaycanın tarixi, coğrafi mövqeyi, əhalisi, neft-qaz ehtiyatları və beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də 26-28 apreldə keçiriləcək “Formula 1” Azərbaycan Qran-prisi haqqında ətraflı məlumatlar əksini tapıb.