OPEC bu il üçün neft hasilatının 1,5 mln barel azaldılmasını təklif edir

OPEC bu il üçün neft hasilatının 1,5 mln barel azaldılmasını təklif edir Neft İxrac Edən Ölkələrin başçıları rəsmi toplantıdan sonra əlavə məsləhətləşmələr aparıblar.
Energetika
6 mart 2020 08:02
OPEC bu il üçün neft hasilatının 1,5 mln barel azaldılmasını təklif edir

Neft İxrac Edən Ölkələrin başçıları rəsmi toplantıdan sonra əlavə məsləhətləşmələr aparıblar.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu məsləhətləşmələrdən sonra OPEC+ ölkələrinin əvvəllər təklif edildiyi kimi, yalnız bu ilin ikinci rübü üçün deyil, bütün 2020-ci il üçün hazırkı neft hasilatının azaldılması tövsiyyəsinin təklif edilməsi qərara alınıb.

OPEC-in məlumatında deyilir ki, bazarın inkişafı ilə əlaqədar və dünən keçirilən OPEC-in 178-ci növbədənkənar iclasından sonra OPEC konfransının nümayəndə heyətləri başçıları əlavə məsləhətləşmələr aparıblar və neft hasilatı ilə bağlı sazişin 2020-ci ilin sonunadək gündəlik olaraq 1,5 mln barelə qədər azaldılmasınının uzadılmasını tövsiyyə ediblər. Bundan əvvəl isə neft hasilatının azaldılması ilə bağlı sazişi bu ilin iyunun 30-dək uzadılması təklif olunurdu”.

OPEC-in bəyanatında vurğulanır ki, məsləhətləşmələr, monitorinqlər və mövcud bazar şəraitinin daim nəzərdən keçirilməsi OPEC-ə üzv ölkələrinin neft bazarında sabitliyin bərpası üçün birgə səylərə sadiqliyini nümayiş etdirir. Əməkdaşlıq Bəyannaməsinin üzvləri birləşmək və neft bazarındakı yaranmış mövcud problemlə mübarizə aparmaq əzmindədirlər”.

Son xəbərlər

Orphus sistemi