OPEC bu il Azərbaycanda neft hasilatının həcminə dair proqnozunu dəyişməyib

OPEC bu il Azərbaycanda neft hasilatının həcminə dair proqnozunu dəyişməyib Bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi 800 min barel səviyyəsində qalacaq.
Energetika
14 Mart , 2019 18:04
OPEC bu il Azərbaycanda neft hasilatının həcminə dair proqnozunu dəyişməyib

Bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi 800 min barel səviyyəsində qalacaq.

“Report” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) mart ayı hesabatında bildirilir.

Məlumata görə, bu ilin yanvar ayında Azərbaycanda neft və kondensatın gündəlik hasilatının həcmi 810 min barel təşkil edib.

Xatırladaq ki, 10 dekabr 2016-cı il tarixində Vyanada (Avstriya) imzalanmış sazişə əsasən, Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq barədə öhdəlik götürmüşdü.

2018-ci il dekabrın 7-də isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Vyanadakı V müşavirəsində 2018-ci ilin oktyabr ayına nisbətən gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılıq əldə edilmişdi. Yeni qərara görə, Azərbaycan 2019-cu ilin yanvar ayından etibarən gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb.

Son xəbərlər

Orphus sistemi