Yuxarı
    Bağlamaq

    OPEC baş katibi: "Təşkilata üzv olmayan ölkələr hasilatı gündə 600 min bareldən çox azalda bilər"

    Vyanada OPEC üzvü olan və təşkilata daxil olmayan neft hasil edən ölkələrin növbədənkənar iclası başlayıb

    Bakı. 10 dekabr. REPORT.AZ/ Vyanada OPEC üzvü olan və təşkilata daxil olmayan neft hasil edən ölkələrin növbədənkənar iclası başlayıb. Bundan təşkilatın əsas görüşü olacaq.

    "Report" xarici KİV-inə istinadən xəbər verir ki, iclasda əvvəl OPEC baş katibi Məhəmməd Barkindo təşkilata üzv olmayan ölkələrin hasilatı gündə 600 min bareldən çox azalda biləcəyini gözlədiyini bildirib.

    Baş katib əsas görüş əsasında OPEC və müstəqil istehsalçılar arasında bəyannamə imzalanmasının gözlədiyini də sözlərinə əlavə edib. O, bu sənədi tarixi adlandırıb.

    Qeyd edək ki, görüşdə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi