OPEC-in baş katibi neft bazarındakı vəziyyət haqqında danışıb

OPEC-in baş katibi neft bazarındakı vəziyyət haqqında danışıb Məhəmməd Barkindo: "Qərar qəbul edilməsinə baxmayaraq, tarazlı qiymət səviyyəsindən hələ uzağıq"
Energetika
21 Fevral , 2017 16:00
OPEC-in baş katibi neft bazarındakı vəziyyət haqqında danışıb

Bakı. 21 fevral. REPORT.AZ/ "Neft hasil edən ölkələrin istehsalı azaltmaqla bağlı qərar qəbul etməsinə, qərarların yerinə yetirilmə səviyyəsinin yüksək olmasına baxmayaraq, dünya bazarında neftin qiymətinin səviyyəsi tarazlı qiymət səviyyəsindən hələ uzaqdır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo "IPWeek-2017" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna səbəb əvvəlcədən hasil edilib qalmış neft ehtiyatlarının səviyyəsinin hələ də çox yüksək olmasıdır.

Son xəbərlər

Orphus sistemi