OPEC+ apreldə müddətsiz nizamnamə imzalaya bilər

OPEC+ apreldə müddətsiz nizamnamə imzalaya bilər Bakı. 14 fevral. REPORT.AZ/ OPEC+ sazişinə qoşulan ölkələrin müddətsiz əməkdaşlığına dair xartiya nazirlərin aprelin 17-18-də keçirilməsi planlaşdırılan növbədənkənar görüşündə imzalana bilər.
Energetika
14 Fevral , 2019 15:39
OPEC+ apreldə müddətsiz nizamnamə imzalaya bilər

Bakı. 14 fevral. REPORT.AZ/ OPEC+ sazişinə qoşulan ölkələrin müddətsiz əməkdaşlığına dair xartiya nazirlərin aprelin 17-18-də keçirilməsi planlaşdırılan növbədənkənar görüşündə imzalana bilər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

O qeyd edib ki, xartiya hazırlanma mərhələsindədir: “Xartiya uzunmüddətdir ki, müzakirə olunur, sadəcə, indi onu yekunlaşdırmaq və qəbul etmək zamanı gəlib. Xartiya mart ayında keçirilməsi planlaşdırılan monitorinq komitəsinin iclasında da müzakirə olunacaq. Aprel ayında isə nazirlərin görüşündə imzalanma ola bilər”.

Son xəbərlər

Orphus sistemi