Yuxarı
    Bağlamaq

    OPEC anlaşmasına yenidən baxıla bilər

    OPEC üzrə hasilatın noyabrda  0,5 mln. barel artacağı gözlənilir

    Bakı. 6 dekabr. REPORT.AZ/ OPEC ölkələrinin noyabrın 30-da Vyanada keçirilən iclasında qəbul olunan hasilatın gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı qərara yenidən baxıla bilər.

    "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bir neçə gün sonra OPEC-in neft hasilatı ilə bağlı noyabr üzrə statistik hesabatı açıqlanacaq. 

    "Reuters"in neft bazarı ekspertləri arasında apardığı sorğunun nəticələrinə görə, OPEC-in noyabr hasilatı 34,19 mln. barel/günə çataraq rekord vurub. Hasilatın artmasında ən böyük pay Anqola, Nigeriya, Liviya və İraqda olub. 

    Agentlik bidirir ki, əgər proqnozlar özünü doğruldarsa, bu dəfə OPEC-in nəzərdə tutduğu səviyyə olan 32,5 mln. barel/günə qədər hasilatın azaldılması üçün ixtisar 1,69 mln. barel/gün olmalıdır. Əks halda neft bazarında yenidən 500 min barelə yaxın əlavə təklif yaranacaq.

    Agentlik OPEC-in 6 ay sonra keçirəcəyi iclasda bu məsələni müzakirə edəcəyi gözlənilir. Ekspertlərin fikrincə, növbəti iclasa qədər OPEC üzrə hasilatın daha çox artacağı istisna edilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi