OPEC anlaşmasına əməl olunma faizi ilin minimal səviyyəsinə enib

OPEC anlaşmasına əməl olunma faizi ilin minimal səviyyəsinə enib Neftə tələbin bu il 100 min barel/gün artması gözlənilir
Energetika
35
13 İyul , 2017 20:52
OPEC anlaşmasına əməl olunma faizi ilin minimal səviyyəsinə enib
ALEXANDER KLEIN/AFP/Getty Images

Bakı. 13 iyul. REPORT.AZ/ OPEC tərəfindən hasilatın azaldılması ilə bağlı anlaşmaya iyun ayında 78% əməl olunub. 

"Report" Reuters" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama Beynəlxalq Energetika Agentliyi (İEA) tərrəfindən verilib.

Agentlik bildirib ki, bu göstərici anlaşma başladığı gündən, yəni bu ilin əvvəlindən olan ən aşağı göstəricidir.

Qeyd edək ki, may ayında OPEC anlaşmaya 95% əməl edib. Artıma səbəb Liviya və Nigeriyanın hasilatı 700 000 barel/gün çoxaltması hesabına baş verib. Ümumilikdə isə, iyun ayında qlobal neft hasilatının 1,2 mln. barel/gün və ya 1,25% artaraq 97,46 mln. barel/günə çatdığı bildirilir.

Agentlik müsbət amil kimi qlobal neft tələbinin bu il orta hesabla 100 min barel/gün artacağını göstərib. beləliklə, bu il neftə tələbin 98 mln. barel/günə çatması gözlənilir.