Bakı. 26 yanvar. REPORT.AZ/ "Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bir sıra Afrika və Asiya ölkələri ilə onların neft hasilatının azaldılmasına dair OPEC+ anlaşmasına qoşulması istiqamətində müzakirələr aparır".
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Küveytin neft naziri Bahit ər-Rəşidi deyib.
"Ümid edirəm ki, onlar 2018-ci ildə neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizə qoşulacaqlar", - deyə o qeyd edib.
Ər-Rəşidi söhbətin, konkret olaraq, hansı ölkələrdən getdiyini açıqlamayıb. Xatırladaq ki, bir qədər əvvəl OPEC bəyan edib ki, bu ilin ilk yarısında qlobal neft bazarında balans əldə edilməyəcək.