OPEC+ anlaşması ilə bağlı qərar noyabra ertələnib

OPEC+ anlaşması ilə bağlı qərar noyabra ertələnib Aleksandr Novak anlaşmanın uzadılması məsələsinə gələn il baxılmasını mümkün sayıb
Energetika
22 Sentyabr , 2017 19:28
OPEC+ anlaşması ilə bağlı qərar noyabra ertələnib
Choiz.m

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasına dair yeni qərarın alınması noyabr ayında baş tuta bilər". 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pino bu gün Vyanada keçirilən OPEC+ Nazirlər Komitəsinin monitorinq iclasında deyib.

"Çox yaxşı nəticələr əldə edirik və bu onu göstərir ki, neft bazarı bərpa olunur. Noyabr ayında qərar verməyi düşünürük. Bütün opsiyaları qiymətləndiririk. Lazım gələrsə, anlaşmanın prolonqasiyası qərarı alınacaq",- nazir qeyd edib.

Rusiyanın energetika naziri Aleksandr Novak isə açıqlamasında anlaşmanın uzadılması məsələsinə 2018-ci ilin yanvar ayından sonra baxmağın mümkünlüyünü söyləyib.  

Son xəbərlər

Orphus sistemi