OPEC+ alyansının iclasından sonra neft cüzi bahalaşıb

OPEC+ alyansının iclasından sonra neft cüzi bahalaşıb OPEC+ alyansının Nazirlər Monitorinq Komitəsinin hasilat məhdudiyyətlərinin azaldılması planına riayət etməklə bağlı tövsiyyəsindən sonra neft cüzi bahalaşmaqda davam edib.
Energetika
5 Oktyabr , 2021 10:37
OPEC+ alyansının iclasından sonra neft cüzi bahalaşıb

OPEC+ alyansının Nazirlər Monitorinq Komitəsinin hasilat məhdudiyyətlərinin azaldılması planına riayət etməklə bağlı tövsiyəsindən sonra neft cüzi bahalaşmaqda davam edib.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,21% bahalaşaraq, 1 bareli 81,43 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,06% bahalaşaraq, 1 bareli 77,67 ABŞ dolları təşkil edib.

Hazırda neft bazarında müsbət dinamika davam etməkdədir.

Son xəbərlər

Orphus sistemi