OPEC+ alyansının iclası öncəsi neft bahalaşıb

OPEC+ alyansının iclası öncəsi neft bahalaşıb OPEC+ alyansının iclası öncəsi dünya bazarlarında neftin qiyməti artır.
Energetika
2 Dekabr , 2021 10:00
OPEC+ alyansının iclası öncəsi neft bahalaşıb

OPEC+ alyansının iclası öncəsi dünya bazarlarında neftin qiyməti artır.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 9.04-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,83% bahalaşaraq, 1 bareli 69,44 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,87% artaraq, 1 bareli 66,14 ABŞ dolları təşkil edib.

“Qara qızıl”ın qiyməti OPEC+ alyansının bu gün keçiriləcək iclası öncəsi artmaqdadır. İclas zamanı alyansın neft hasilatı ilə bağlı məhdudiyyətlər haqqında müqaviləyə cüzi dəyişiklik edib-etməməklə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Analitiklərin fikrincə, “omikron” ştamı ilə bağlı narahatlıqların səngiməsi də qiymət artımına təsir göstərir.

Son xəbərlər

Orphus sistemi