Yuxarı

OPEC 2019-cu ildə neftə tələbatla bağlı proqnozunu dəyişməyib

OPEC 2019-cu ildə neftə tələbatla bağlı proqnozunu dəyişməyib

OPEC son bir neçə ayda ilk dəfədir dünyada neftə tələbat artımın dair proqnozunu azaltmayıb.

“Report” təşkilatın noyabr hesabatına istinadən xəbər verir ki, OPEC 2019-cu ildə neftə tələbatın gündəlik 0,98 milyon barel, 2020-ci ildə isə 1,08 milyon barel artacağı qənaətindədir.

Bundan əlavə, OPEC 2020-ci ildə qeyri-OPEC ölkələrində neftə tələbatın artımına dair proqnozunu 34 min barel azaldaraq gündəlik 2,17 milyon barelə endirib. Bu, ABŞ-da tələbat artımına dair proqnozun 33 min barel azalaraq 1,5 milyon barel səviyyəsində qərarlaşması ilə bağlıdır.

Bütövlükdə 2019-cu ildə neftə tələbat artımına dair proqnoz gündəlik 1,82 milyon barel səviyyəsində qalır. Belə ki, Kanada, Qazaxıstan, Böyük Britaniyada gözləniləni üstələyən hasilat ABŞ, İndoneziya və s. ölkələrdə hasilatın azalması ilə ötrülüb. OPEC cari ildə tələbat artımının, əsasən, Kanada, ABŞ, Braziliya, Çin, Avstraliya, Böyük Britaniya hesabına baş verdiyi qənaətindədir. Gələn il neft təklifinin artımı daha çox ABŞ, Brazilya, Norveç, Rusiya, Kanada, Qazaxıstan, Avstraliya, azalması isə, əsas etibarilə, Meksika, İndoneziya, Misir, Böyük Britaniya, Kolombiya hesabına baş verəcək.

Qeyd edək ki, ötən ay dünyada gündəlik tədarük edilən 99,3 milyon barel neftin 29,8 faizi OPEC-in payına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi