Bakı. 12 iyun. REPORT.AZ/ Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) 2018-ci il üzrə neftə tələbat proqnozunu sabit saxlayıb.
"Report"un "RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, OPEC bu il neft tələbatını sutkada 1,65 mln. barel səviyyəsində proqnozlaşdırır.
Bununla belə, təşkilat OPEC-ə daxil olmayan ölkələr tərəfindən təklifin sutkada 0,13 mln. barel artacağını və sutkada 1,86 mln. barel təşkil edəcəyini proqnozlaşdırır.