OMV rəhbəri: "2019-cu ildə neftin qiymətini 70-80 dollar/barel səviyyəsində proqnozlaşdırırıq"

OMV rəhbəri: "2019-cu ildə neftin qiymətini 70-80 dollar/barel səviyyəsində proqnozlaşdırırıq" Bakı. 24 iyul. REPORT.AZ/ Avstriyanın OMV neft-qaz şirkəti təklifin azalması fonunda 2019-cu ildə neftin qiymətinin 70-80 dollar/barel səviyyəsində olacağını proqnozlaşdırır.
Energetika
24 İyul , 2018 11:46
OMV rəhbəri: 2019-cu ildə neftin qiymətini 70-80 dollar/barel səviyyəsində proqnozlaşdırırıq
© Донат Сорокин/ТАСС
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Avstriyanın OMV neft-qaz şirkəti təklifin azalması fonunda 2019-cu ildə neftin qiymətinin 70-80 dollar/barel səviyyəsində olacağını proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə şirkətin rəhbəri Rayner Zele TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, son illər istehsala çox az vəsait investisiya olunub və indi bazarda neft çatışmazlığı yaranacağı ilə bağlı təhlükə var. Eyni zamanda, R.Zele bu sahədə sərmayələrin əhəmiyyətli dərəcədə artacağını gözləmədiyini qeyd edib.

Onun sözlərinə görə, hazırda bazarda investorların xüsusi diqqətini neft-kimya sektoru çəkir:

"Bu neft məhsullarına tələbat uzunmüddətli perspektivdə azalacaq. Neft emalı zavodlarının daha çox istehsal edə və daha çox sata biləcəyi məhsullara keçəcəyi aydındır. İndi nəyə çox tələbat var? İlk növbədə kerosin - aviasiya yanacağına və məsələn, neft-kimya məhsullarına. Ona görə də əminəm ki, gələcəkdə məhz neft-kimya sahəsində fəal çalışmalı olacağıq".

Şirkət rəhbəri həmçinin OMV-nin İrandakı fəaliyyətinə toxunub. Onun sözlərinə görə, şirkət ABŞ sanksiyaları ilə əlaqədar İrandan neft alınıb-alınmaması məsələsi haqqında noyabra qədər qədər verəcək və bu məsələdə Avropa Komissiyası tərəfindən qoruyucu tədbirlərə ümid bəsləyir.

Son xəbərlər

Orphus sistemi