OMV-nin dəniz platformasında hasilat dayandırılıb

OMV-nin dəniz platformasında hasilat dayandırılıb Bu, dayaqlardan birində çatın yaranması ilə əlaqədardır
Energetika
24 Noyabr , 2016 16:25
OMV-nin dəniz platformasında hasilat dayandırılıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Avstriyanın OMV şirkəti Yeni Zelandiyadakı “Maari” yatağındakı platfromadan hasilatı dayandırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, platformanın horizontal dayaqlarından birində çatın yaranması ilə əlaqədardır. Çat 1,4 metr uzunluğundadır. Fakt bu həftə müəyyənləşib.

Hasilat dekabrın 5-dək dayandırılıb. Hazırda təmir işləri aparılır. Platformadakı 34 işçidən 13 nəfəri dünən platformadan çıxarılıb. Digərlərinin isə bu gün və sabah çıxarılması gözlənilir.

Qeyd edək ki, “Maari” yatağı Yeni Zelandiyanın qərbindəki Taranaki regionunun sahilindən 80 km məsafədə, suyun dərinliyi 100 m olan sahədə yerləşir. Yatağın işlənməsi layihəsində “OMV New Zealand Ltd.” (operator) 69%, “Maari” Birgə Müəssiəsi 31% paya malikdir. Birgə müəssisədə “Todd Maari Ltd.” (16%), “Horizon Oil International” (10%) və “Cue Taranaki “(5%) şirkətləri iştirak edir. Platformanın 12 horizontal dayağı var.

Son xəbərlər

Orphus sistemi