Omanın neft naziri: "OPEC+ ölkələri 6 ay müddətinə hasilatı azalda bilər"

Omanın neft naziri: "OPEC+ ölkələri 6 ay müddətinə hasilatı azalda bilər"
Energetika
5 Dekabr , 2018 19:04
Omanın neft naziri: OPEC+ ölkələri 6 ay müddətinə hasilatı azalda bilər
google.az

Bakı. 5 dekabr. REPORT.AZ/ "OPEC+ komitəsində 3-6 ay müddətinə neft hasilatını azaltmaq məsələsi müzakirə olunur".

“Report” xəbər verir ki, bunu Omanın neft naziri Məhəmməd Həmad əl-Rumhi jurnalistlərə bildirib.

“Məncə, hazırda İranla bağlı hər hansı məsələ müzakirə olunacaqsa, bu, əhəmiyyətsizdir. İran sanksiya altındadır, ixracı kəsilir. Onlardan 1 milyon, yaxud 2 milyon azaltmağı xahiş edə bilərik, bunlar mücərrəd söhbətlərdir. İndi qarşıdakı 3 ay, 4 ay, 6 ay barədə, qısa perspektiv barədə söhbət gedir. Siyasi cəhətdən mühüm dəyişiklik olacağına inanmıram”, - nazir qeyd edib.

Qeyd edək ki, dekabrın 5-də Vyanada OPEC+in Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək. İclasda saziş üzvü olan ölkələrin bazarı balanslaşdırmaq üçün neft hasilatını azaltmalı olub-olmamasına dair tövsiyələr veriləcək. Dekabrın 6-da bu tövsiyələr OPEC konfransında, ardından isə dekabrın 7-də bütün OPEC+ ölkələri tərəfindən müzakirə olunacaq.