Oman OPEC+ sazişi ilə əlaqədar neft hasilatını 2% azaldacaq

Oman OPEC+ sazişi ilə əlaqədar neft hasilatını 2% azaldacaq Bakı. 14 dekabr. REPORT.AZ/ Oman gələn ilin ilk 6 ayı ərzində neft hasilatını yanvar ayına nisbətən 2% azaldacaq.
Energetika
14 Dekabr , 2018 12:10
Oman OPEC+ sazişi ilə əlaqədar neft hasilatını 2% azaldacaq

Bakı. 14 dekabr. REPORT.AZ/ Oman gələn ilin ilk 6 ayı ərzində neft hasilatını yanvar ayına nisbətən 2% azaldacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Oman Neft və Qaz Nazirliyinin neft alıcılarına göndərdiyi məktubda deyilir.

Məktubda bildirilir ki, hasilatın azaldılması OPEC və qeyri-OPEC sazişləri əsasında dünyada neft tədarükünü azaltmaqla əlaqədar razılaşma ilə bağlıdır.

Qeyd edək ki, Oman OPEC üzvü deyil. OPEC+ sazişi iştirakçılarının nazirlərinin görüşünün yekununda neft hasilatının 2019-cu ilin yanvar ayından etibarən yarım il ərzində toplam olaraq gündə 1,2 milyon barel azaltmaqla bağlı qərar qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi