​Oman neft hasilatını artırmağa hazırlaşır

​Oman neft hasilatını artırmağa hazırlaşır Nazir müavininin sözlərinə görə, 2015-ci ildə Omanın dövlət büdcəsində 6,49 milyard dollarlıq defisit yarana bilər
Energetika
23 Fevral , 2015 17:55
​Oman neft hasilatını artırmağa hazırlaşır

Bakı. 23 fevral. REPORT.AZ/ Oman bu ilə neft hasilatını artırmağa hazırlaşır. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu ölkənin neft-qaz sənayesi nazirinin müavini Səlim əl-Aufi bildirib.

Onun sözlərinə görə, cari ilə Oman sutkada 980 min barel neft hasil etməyi planlaşdırır ki, bu da 2013-cü ilin göstəricisindən 4% artıqdır.

əl-Aufi onu da bildirib ki, ölkəsi dünya neft hasilatının 40 faizinə nəzarət edən OPEK-ə qoşulmağa cəhd göstərmir: "Çünki bu təşkilatın qərarlarına təsir edə bilmərik".

Nazir müavini neftin ucuzlaşması səbəbindən 2015-ci ildə Omanın dövlət büdcəsində 6,49 milyard dollarlıq defisitin yarana biləcəyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi