Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,9 mln.-u ötüb

Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,9 mln.-u ötüb Ötən ay 11 423 yeni abonent qeydiyyata alınıb
Energetika
10 İyun , 2016 11:05
Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,9 mln.-u ötüb

Bakı. 10 iyun. REPORT.AZ/ Bu ilin may ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 423 yeni abonent qeydiyyata alınıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bunun 2 253-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 9 170-i isə regionların payına düşüb.

Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 909 513-ə çatıb.

İyunun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 130 682 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 359 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb. 

Son xəbərlər

Orphus sistemi