Astaranın 3 kəndi elektrik enerjisi ilə təmin edilib - VİDEO

Astaranın 3 kəndi elektrik enerjisi ilə təmin edilib - VİDEO Ölkə üzrə elektrikləşmə 100%-ə çatdırılıb
Energetika
218
20 May , 2020 21:52
Astaranın 3 kəndi elektrik enerjisi ilə təmin edilib - VİDEO

Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu Sekaşan kəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub. “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev "Report"a deyib ki, adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb.

“Cənab Prezident İlham Əliyev Astara rayonunun 3 yaşayış məntəqəsində - Diqo, Dolu Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsivə dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərancam imzalayıb. Sərəncam əsasında “Azərişığ”ın başladığı işlər artıq yekunlaşıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində hər 3 kənddə müassir elektrik enerji sistemi qurulub”, - deyə o bildirib.

Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb, elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb. Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün mal-materalın böyük hissəsini “Azərişıq” əməkdaşları əllə daşıyıb.