Oktyabrda “Azəriqaz”ın 9 mindən çox yeni abonenti qeydə alınıb

Oktyabrda “Azəriqaz”ın 9 mindən çox yeni abonenti qeydə alınıb Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 74 229 yeni abonent qeydiyyata alınıb.
Energetika
18 Noyabr , 2019 10:44
Oktyabrda “Azəriqaz”ın 9 mindən çox yeni abonenti qeydə alınıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 74 229 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, onlardan 41 487-si Bakı, Abşeron və Sumqayıt, 32 742-si isə regionlar üzrədir.

Bu ilin oktyabr ayı ərzində isə əhali sektoru üzrə 9 105 yeni abonent qeydiyyata alınıb ki, bunun da 5 196-sı Bakı, Abşeron və Sumqayıt, 3 909-u isə regionların payına düşür.

Beləliklə, bu ilin 1 noyabr tarixinə “Azəriqaz” İstehsalat Birliyinin ümumi istehlakçılarının sayı 2 milyon 257 min 156-ya bərabərdir.

Son xəbərlər

Orphus sistemi