Oktyabrda akademik Xoşbəxt Yusifzadənin iştirakı ilə biznes forum keçiriləcək

Oktyabrda akademik Xoşbəxt Yusifzadənin iştirakı ilə biznes forum keçiriləcək Biznes forumda iştirak etmək istəyənlər caspianenergy.org saytında qeydiyyatdan keçməlidirlər
Energetika
29 Sentyabr , 2015 20:18
Oktyabrda akademik Xoşbəxt Yusifzadənin iştirakı ilə biznes forum keçiriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Oktyabrın 14-də "Caspian European Club" çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin iştirakı ilə biznes forum keçiriləcək.

Sahibkarlar Konfederasiyasından “Report”a məlumat verilib ki, biznes forumda iştiraklarını təsdiqlətmək istəyənlər caspianenergy.org saytına daxil olaraq iştiraklarını təsdiqləyə bilərlər.

ASK-nın üzvü olan şirkətlər üçün qeydiyyatın qiyməti 50 manat, qeydiyyatsız iştirakın qiyməti 100 manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi