Bakı. 23 fevral. REPORT.AZ/ "Əgər "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində hansısa tərəf öz öhdəliyini yerinə yetirə bilməsə, cərimə ediləcək".
"Report" xəbər verir ki, bunu bu gün Bakıda "Cənub Qaz Dəhlizi” (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçovic isə bildirib ki, SGC əvvəldən Avropa İttifaqı üçün xüsusi əhəmiyyətli layihələr siyahısına daxil edilib: "Əgər ölkələr istəmirsə hansısa yubanma olsun, o zaman onlar müvafiq işləri görməlidir. Bura həm də icazələrin verilməsi daxildir. Bu baxımdan, bu gün əsas müzakirə apardığımız şəxs İtaliya rəsmisi Karlo Kalenda olub. TAP-la bağlı yaranan problemə görə, İtaliyanın Apuliya əyalətinin rəhbərliyi ilə görüşüb müzakirələr aparacağıq. Həmin bölgəyə səfər edəcəm və yubanmaların aradan qaldırılması üçün danışıqlar aparacağam".