Oğuz rayonunun bir kəndinə qaz verilib

Oğuz rayonunun bir kəndinə qaz verilib 142 abonent qazla təmin edilib
Energetika
24 Yanvar , 2017 16:45
Oğuz rayonunun bir kəndinə qaz verilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Oğuz rayonunun Xaçmazqışlaq kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. 

"Report"a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 142 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 075 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 18 897 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 142 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi