OECD: “Ağıllı” texnologiyalardan istifadə 6,5 PVT/s elektrik enerjisinə qənaətə gətirib çıxaracaq"

OECD: “Ağıllı” texnologiyalardan istifadə 6,5 PVT/s elektrik enerjisinə qənaətə gətirib çıxaracaq" Enerji sektorunda rəqəmsal texnologiyaların sürətli tətbiqi 2040-cı ilə qədər 6,5 PVT/saat (650 millyon meqavat) elektrik enerjisinə qənaət etməyə imkan yaradacaq. Bu isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan ölkələrin hazırkı üm
Energetika
3 Mart , 2022 13:18
OECD: “Ağıllı” texnologiyalardan istifadə 6,5 PVT/s elektrik enerjisinə qənaətə gətirib çıxaracaq

Enerji sektorunda rəqəmsal texnologiyaların sürətli tətbiqi 2040-cı ilə qədər 6,5 PVT/saat (650 millyon meqavat) elektrik enerjisinə qənaət etməyə imkan yaradacaq. Bu isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan ölkələrin hazırkı ümumi istehlakından 2 dəfə çoxdur.

“Report” xəbər verir ki, bu barədə İsveçrənin “MDPI" jurnalının apardığı araşdırmalar və keçirdiyi sorğular nəticəsində dərc etdiyi hesabatda qeyd edilib.

Hesabata görə, Əşyaların İnterneti (IoT), sensorlu və termostatlı məişət avadanlıqlarından istifadənin artması həm məişətdə elektrik enerjisinin istifadəsini azaldır, həm də qəzaların qarşısını alır.

Jurnalın Rusiya, Çexiya, Almaniya, Polşa və Slovakiyadan olan respondentlər arasında apardığı sorğu nəticəsində məlum olub ki, onların əksəriyyəti "ağıllı" məişət texnikalarından istifadə etməyə maraq göstərir. Hansı ki, onların 43 %-i 36-55 yaş aralığındadır. Rəqəmsal texnologiyalardan istifadə həm də enerji şirkətlərinə imkan verəcək ki, müştərilərini seqmentləşdirə bilsin.

Texnoloji yeniliklərdən istifadə edilməklə yaradılan "ağıllı" ofislər digərlərinə nisbətən daha gəlirli və qənaətcil olur. Belə ki, hesablamaya görə, “ağıllı ofis”lər illik enerji xərclərinə ən azı 10 %, istixana qazlarının emissiyasına isə 40 % qənaət edir.

Rəqəmsallaşma günəş və külək enerjisi mənbələrinin ümumi şəbəkəyə daha geniş inteqrasiyasına və ümumi enerji bazarında onun payının artmasına şərait yaradır.

“Ağıllı ev” sistemləri kimi bir çox rəqəmsal texnologiya həyatımızın bütün sahələrində mal və xidmətlər istehsal etmək üçün lazım olan enerji istehsalını azaldır. Məsələn, son illərdə Beynəlxalq Enerji Agentliyi (IEA) rəqəmsallaşmanın enerji səmərəliliyinə potensial təsirini və siyasətçilərə təsirini araşdırmaq üçün qurumlararası təşəbbüs irəli sürüb.

IEA hesab edir ki, enerji təchizatı sektoru artan məhsuldarlıq və səmərəlilikdən, eləcə də işçilər üçün təkmilləşdirilmiş təhlükəsizlikdən faydalanacaq.

Hesabatda həmin texnoloji inkişafın kibertəhlükəsizliklə bağlı təhdidləri artırdığı da qeyd edilir. Məlumata görə, belə təhdidlər daha çox böyük məlumatların saxladığı iri serverləri və DATA mərkəzlərini təhlükə altında saxlayır.

Son xəbərlər

Orphus sistemi