​Nyu-Yorkda "Hamı üçün davamlı enerjinin maliyyələşdirilməsi" forumu keçirilib

​Nyu-Yorkda "Hamı üçün davamlı enerjinin maliyyələşdirilməsi" forumu keçirilib Forum zamanı Hamı üçün Qlobal Davamlı Enerji Öhdəlik Platforması təsis edilib
Energetika
21 May , 2015 19:11
​Nyu-Yorkda Hamı üçün davamlı enerjinin maliyyələşdirilməsi forumu keçirilib

Bakı. 21 may. REPORT.AZ/ May 18-21-də ABŞ-nın Nyu-York şəhərində BMT-nın təşəbbüsü ilə "Hamı üçün davamlı enerjinin maliyyələşdirilməsi" forumu keçirilib. 

"Report"un məlumatına görə, BMT baş katibi, Dünya Bankının prezidenti, bir çox dövlət başçıları, nazirlər, BMT-nın ixtisaslaşmış təşkilatları və aparıcı özəl sektor rəhbərlərinin iştirak etdiyi forumda müvafiq olaraq Azərbaycan Respublikasını Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun rəhbərliyi altında vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti təmsil edib.

Sayca ikinci olan sözügedən forum bir neçə sessiyadan ibarət olub, burada bir sıra mövzular üzrə müzakirələr aparılıb. Forumda "hamı üçün qlobal davamlı enerji təşəbbüsü" üzrə hesabatın və məruzələrin dinlənilməsi, dünyada bilik, innovasiya və təcrübi bilgilərin paylaşılması ilə fəaliyyətin, həll yollarının təlqin edilməsi, 2030-cu ilədək hamı üçün davamlı enerjiyə nail olmaq üçün tələb olunan səviyyədə maliyyənin təmin edilməsi məqsədilə fikir və mexanizmlərin təqdim edilməsi, BMT-nın hamı üçün davamlı enerji onilliyinin (2014-2024-cü illər) inkişaf etdirilməsi üçün qlobal maraqlı tərəflərin fəaliyyətini daha da genişləndirməsi kimi mövzular müzakirə olunub.

Forum zamanı həmçinin Hamı üçün Qlobal Davamlı Enerji Öhdəlik Platforması təsis edilib ki, bu da gələcəkdə forumun fəaliyyətinin təkmilləşdirilməsinə dəstək olacaq.

Mayın 20-21-də sözügedən Forumun Qlobal Enerji Nazirləri səviyyəsində siyası dialoqu baş tutub. Burada hamının enerji ilə təmin edilməsi, enerji səmərəliyinin qlobal olaraq iki dəfə artırılması, bərpa olunan enerjinin ümumi enerjidə payınin iki dəfə artırılması və s. mövzular üzrə müzakirələr aparılıb.  

Son xəbərlər

Orphus sistemi