Noyabrda OPEC+ anlaşmasının daha da uzadılması müzakirə ediləcək

Noyabrda OPEC+ anlaşmasının daha da uzadılması müzakirə ediləcək OPEC-in planlarını ABŞ-dakı şist neft hasilatında artım pozur
Energetika
22 Avqust , 2017 12:11
Noyabrda OPEC+ anlaşmasının daha da uzadılması müzakirə ediləcək

Bakı. 22 avqust. REPORT.AZ/ OPEC+ ölkələri noyabrda keçirəcəkləri növbəti sammitdə neft hasilatının azaldılması barədə anlaşmanın müddətinin 2018-ci ilin mart ayından sonra uzadılmasını müzakirə edəcək. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Küveytin neft naziri İssam Əlmarzuq verib.

Nazir bildirib ki, hasialtın azaldılması barədə anlaşmada iştirak edən 24 ölkə qlobal neft ehtiyatlarının son 5 ilin orta səviyyəsindən aşağı endirməyi planlaşdırır. Lakin bu planın həyata keçirilməsinə ABŞ-da şist neft hasilatındakı artım mane olur.

Xatırladaq ki, OPEC+ ölkələri neft hasilatının azaldılması barədə 30 noyabr Vyana anlaşmasının müddətini may ayında keçirilən iclasda 9 ay - 2018-ci il aprelin 1-dək uzadıb.

Son xəbərlər

Orphus sistemi