Noyabrda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsait açıqlanıb

Noyabrda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsait açıqlanıb Bu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
Energetika
11 Dekabr , 2019 15:17
Noyabrda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsait açıqlanıb

Bu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

“Report”un məlumatına görə, noyabrda Muxtar Respublikaya verilən elektrik enerjisinin ümumi həcmi 35 463min kvt/saat təşkil edib.

Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi dəyəri 3 026,7 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 3 024,0 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 99,9 olub.

Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 3 742 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 277 min manat, daxil olan vəsaitin həcmi 277 min manat olub.

Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 433 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 31,0 minmanat, daxil olan vəsaitin həcmi isə 31,0 min manat təşkil edib.

Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 987 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 70 min manat, daxil olan vəsaitin həcmi isə 70 min manat olub.

Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 838 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 59,4 minmanat, daxil olan vəsaitin həcmi isə 59,4 min manat olub.

Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 514 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 107,3 min manat, daxil olan vəsaitin həcmi 107,3 min manat təşkil edib.

Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 166 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 11,8 min manat, daxil olan vəsaitin həcmi 11,8 min manat olub.

Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 381 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 28,2 min manat, daxil olan vəsaitin həcmi 28,2 min manat olub.

Noyabrda Babək rayonu verilən elektrik enerjisinin ümumi həcmi 1 319 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 94,5 min manat, daxil olan vəsaitin həcmi 94,5 min manat olub. Ötən ay bütün rayonlarda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Bu ilin on birinci ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 26 083 minkvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 2 347,5 min manat, daxil olan vəsaitin həcmi 2 344,8 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 99,9% olub.

Son xəbərlər

Orphus sistemi