Yuxarı

Ötən ay Ceyhan limanından 2,3 mln. ton neft dünya bazarına çıxarılıb

İstismara verilən gündən 2015-ci il dekabrın 1-dək Ceyhandan 288,3 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində 2 306 069 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,83% çoxdur. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 620 019 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. 

Cari ilin yanvar-noyabr aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi illik müqayisədə 0,39% azalaraq 26 340 024 ton olub. 

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il dekabrın 1-ə qədər Ceyhan limanından 288 279 114 ton Azərbaycan nefti dünya bazarına yola salınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi