Yuxarı

OPEC+ formatında növbəti görüşün iki ay təxirə salınması müzakirə olunur

Növbəti görüşün iki ay təxirə salınması müzakirə olunur

OPEC+ formatı iştirakçılarının neft hasilatını azaltmaqla bağlı sazişinin yerinə yetirilməsinə nəzarətlə bağlı OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) nazirlərin növbəti görüşünün apreldən iyun ayına keçirilməsi məsələsini müzakirə edir.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən JMMC-nin 13-cü iclasında Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bildirib.

Bununla yanaşı, OPEC-dəki bir mənbə TASS-a bildirib ki, Nazirlərin Monitorinq Komitəsinin növbəti iclası mayda keçirilə bilər. 

Hazırda nazirlərin həmin görüşünün apreldən iyun ayına təxirə salınması ətrafında müzakirələr getdiyini diqqətə çatdıran mənbənin sözlərinə görə, görüş sadəcə təxirə salınır, tamamilə ləğv olunmur. 

Həmçinin Monitorinq Komitəsinin növbəti iclasının may ayında keçirilməsi imkanlarının müzakirə mövzusu olduğu da bildirilir.

Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC)  Bakıda işə başlayan 13-cü iclasında OPEC ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İraq, Konqo, Küveyt, Liviya, Nigeriya, qeyri-OPEC ölkələrindən Bəhreyn, Bruney, Qazaxıstan, Rusiya iştirak edir. Martın 17-də isə Müştərək Texniki Komissiyasının 27-ci iclası keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi