Növbəti Dünya Enerji Konqresi Rusiyada keçiriləcək

Növbəti Dünya Enerji Konqresi Rusiyada keçiriləcək 25-ci Dünya Enerji Konqresi 2022-ci il oktyabrın 24-27-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
Energetika
13 Sentyabr , 2019 18:18
Növbəti Dünya Enerji Konqresi Rusiyada keçiriləcək

25-ci Dünya Enerji Konqresi 2022-ci il oktyabrın 24-27-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, Əbu-Dabidə keçirilən 24-cü Dünya Enerji Konqresinin bağlanış mərasimində növbəti konqresin keçirilmə hüququnun Rusiya verilməsi baş tutub.

"Əminəm ki, 2022-ci ildəki Konqres bütün mümkün gözləntiləri üstələyəcək. Əbu-Dabidə müəyənləşdirilmiş hədd, yaradılmış tərəfdaşlıq və dəstək ab-havası bu işdə müvəffəqiyyətin açarı olacaq", - Rusiya Baş nazirinin müavini Dmitri Kozak deyib.

Qeyd edək ki, energetika sahəsinin bütün aspektlərini və xəbərlərini əhatə edən Dünya Enerji Konqresi hər üç ildən bir keçirilir. Konqres çərçivəsində ənənəvi olaraq energetika şirkətləri, kömür hasil edən müəssisələr, texnoloji avadanlıq istehsal edən şirkətlər, maliyyə qurumları və investorların iştirak etdiyi ixtisaslaşdırılmış sərgi keçirilir.

Son xəbərlər

Orphus sistemi