Novak: "Türk axını" layihəsi yaşamaq hüququna malikdir"

Novak: "Türk axını" layihəsi yaşamaq hüququna malikdir" "Rusiya cənub istiqaməti vasitəsilə cənub-şərq Avropaya ucuz rus qazının çatdırılmasında çox maraqlıdır"
Energetika
6 Yanvar , 2016 14:29
Novak: Türk axını layihəsi yaşamaq hüququna malikdir

Bakı. 6 yanvar. REPORT.AZ/ "Rusiya cənub istiqaməti vasitəsilə cənub-şərq Avropaya ucuz rus qazının çatdırılmasında çox maraqlıdır".

"Report" xəbər verir ki, bunu Rusiya energetika naziri Aleksandr Novak "Rossiya-24" telekanalına müsahibəsində deyib.

"Hazırda həmsədri olduğum Rusiya-Türkiyə hökumətlərarası komissiyasının fəaliyyəti dayandırılıb. Bu baxımdan, "Türk axını" layihəsi barədə heç kim danışmır. Amma ümumilikdə hesab edirəm ki, Türkiyə tərəfi bu layihənin həyata keçirilməsində maraqlı olarsa, bu layihə yaşamaq hüququna malikdir. Çünki bu, bir kommersiya layihəsidir", - A.Novak bildirib.

Layihənin dayandırılacağı təqdirdə itiriləcək vəsaitlərdən danışan nazir qeyd edib ki, cənub-şərq Avropanın bir çox ölkələri Rusiya qazının tədarükündə maraqlıdır.

Alternativ qaz təchizatı barədə danışan energetika naziri vurğulayıb ki, burada söhbət Türkiyənin özünün qaz ehtiyaclarından və başqa təchizat marşrutlarına nə dərəcədə meyilli olmasından gedir: "Türkiyə bu gün kifayət qədər böyük qaz istehlakçısıdır - ildə 50 milyard kubmetr. Eyni zamanda, ölkənin iqtisadi artımını nəzərə alanda bu göstərici ildən-ilə artacaq. Hazırda həmin bu 50 milyarddan 30 milyard kubmetr qazı Türkiyə Rusiyadan alır. Əlbəttə, Türkiyənin coğrafi məkanı çox əlverişlidir və bu, onlara müxtəlif istiqamətlərdən hətta maye qaz istehlak etməyə imkan verir".

A.Novakın sözlərinə görə, Rusiya qaz təchizatı məsələsində, etibarlılıq və qiymət baxımından kifayət qədər rəqabətqabiliyyətlidir.

Son xəbərlər

Orphus sistemi