Yuxarı

Novak: "Türk axını" layihəsi ilə bağlı qərar hələ verilməyib

Yaxın vaxtlarla Rusiya höküməti səviyyəsində bu layihə ilə bağlı təkliflər müzakirə olunacaq

Bakı. 26noyabr. REPORT.AZ/ Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib ki, rəsmi Moskva "Türk axını" layihəsi ilə bağlı hər hansı qərar verməyib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyalı nazir bildirib ki, yaxın vaxtlarla hökümət səviyyəsində bu layihə ilə bağlı təkliflər müzakirə olunacaq.

"Məsələyə dair kontret qərar yoxdur. Lakin təkliflər hazır olandan sonra biz artıq qərarlara dair fikir səsləndirə biləcəyik", - deyə nazir qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi