Rusiya martda gündəlik neft hasilatını 225 min barelə qədər azaldıb

Rusiya martda gündəlik neft hasilatını 225 min barelə qədər azaldıb Rusiya OPEC+ sazişi çərçivəsində ötən ilin dekabr ayında üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hasilatın azaldılması səviyyəsinə mart ayında demək olar ki, nail olub və 2018-ci ilin oktyabrına qədər Hasilatın Pay Bölgüsü (PSA) müqaviləsi layihələri istisna olmaqla, gündəlik hasilatın həcmini 225 min barelə qədər azaldıb.
Energetika
2 Aprel , 2019 12:30
Rusiya martda gündəlik neft hasilatını 225 min barelə qədər azaldıb

Rusiya OPEC+ sazişi çərçivəsində ötən ilin dekabr ayında üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hasilatın azaldılması səviyyəsinə mart ayında demək olar ki, nail olub və 2018-ci ilin oktyabrına qədər Hasilatın Pay Bölgüsü (PSA) müqaviləsi layihələri istisna olmaqla, gündəlik hasilatın həcmini 225 min barelə qədər azaldıb.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya 2018-ci ilin dekabrında saziş çərçivəsində gündəlik hasilatın 228 min barelə qədər azaldılması öhdəliyini götürüb.

Nazir bildirib ki, bununla belə, PSA hasilatı nəzərə alınaraq azalma 190 min barel/gün təşkil edib: “OPEC+ çərçivəsində Rusiya martda PSA nəzərə alınmadan gündəlik neft hasilatını 225 min barel səviyyəsinə çıxıb. PSA nəzərə alındıqda isə bu hasilat həcmi gündəlik olaraq 190 min barel təşkil edib”.

Nazirin sözlərinə görə, 2019-cu ilin aprelində isə Rusiya neft hasilatını əvvəlcədən razılaşdırılmış səviyyədə saxlamaq niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi