Novak: Rusiya aprelin əvvəlində OPEC+ çərçivəsində hasilatı üzərinə götürdüyü həcmdə azalda biləcək

Novak: Rusiya aprelin əvvəlində OPEC+ çərçivəsində hasilatı üzərinə götürdüyü həcmdə azalda biləcək
Energetika
17 Mart , 2019 20:25
Novak: Rusiya aprelin əvvəlində OPEC+ çərçivəsində hasilatı üzərinə götürdüyü həcmdə azalda biləcək

"Rusiya martın sonu, aprelin əvvəlində OPEC+ çərçivəsində üzərinə götürdüyü həcmdə hasilatı azalda biləcək".

“Report” xəbər verir ki, bunu səfərdə olan Bakıda Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirir. Belə ki, Moskva keçən ilin dekabr ayında hasilatın azaldılması ilə bağlı razılığa qoşulanda üzərinə götürdüyü həcmdə kvotanı bir neçə aya tam yerinə yetirəcəyini bildirmişdi. İki il əvvəl də dekabr ayında belə bir öhdəlik götürmüşdü. İndi deyə bilərəm ki, hazırda məqsədə iki il əvvəlkindən daha tez çatırıq. Martın sonu, aprelin əvvəlində nəzərdə tutulan hasilat kvotaya çatacaq".

OPEC+ ölkələrinin ötən il dekabrın 7-də qəbul etdikləri qərara əsasən, alyans bu ilin birinci yarısında hasilatı 1,2 milyon barel azaldacaq. Rusiya isə bu həcmin 228 min barellik payını üzərinə götürüb.