Novak: “OPEC+ razılaşmasının bazarı balanslaşdırmaq üçün alətləri var”

Novak: “OPEC+ razılaşmasının bazarı balanslaşdırmaq üçün alətləri var” Bakı. 14 may. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzvlərin bazarı balanslaşdırmaq üçün bütün alətləri var.
Energetika
14 May , 2018 09:36
Novak: “OPEC+ razılaşmasının bazarı balanslaşdırmaq üçün alətləri var”
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzvlərin bazarı balanslaşdırmaq üçün bütün alətləri var.

“Report” RİA "Novosti” agentlyiinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak ABŞ-ın İranla bağlı sazişdən çıxmasının və bu ölkəyə mümkün sanksiyalarının bazara gələcək təsirinə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, vəziyyət monitorinq olunacaq: “Sanksiyaların 180 gün ərzində bərpa olunacağı elan edilib. Buna görə də bazarın necə reaksiya verəcəyinə baxmaq lazımdır. İndidən nəyi isə danışmaq tezdir. Bütün hallarda bizim bazarı balanslaşdıra biləcək bütün alətlərimiz mövcuddur”.

Son xəbərlər

Orphus sistemi