Novak: "OPEC+ ölkələri anlaşmadan yumşaq çıxışa razıdır"

Novak: "OPEC+ ölkələri anlaşmadan yumşaq çıxışa razıdır" Neft qiymətləri azalmağa başlayıb
Energetika
24 İyul , 2017 12:37
Novak: OPEC+ ölkələri anlaşmadan yumşaq çıxışa razıdır

Bakı. 24 iyul. REPORT.AZ/ Neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasında iştirak edən bütün ölkələr bu sazişdən yumşaq çıxışa razıdır. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın energetika naziri Aleksandr Novak çıxış edib.

"Neft bazarının sabitləşməsi ilə bağlı təşəbbüs 2018-ci il aprel ayının 1-nə qədər davam edəcək. Bundan sonra isə neftə artan tələbat fonunda anlaşmadan yumşaq şəkildə çıxış gözlənilir", - deyə A.Novak bildirib.

Nazirin fikrincə, neftə tələbat artarsa, hasilatçı ölkələr hasilatı artıra bilər. Bazardakı volatilliyə baxmayaraq, neft hasil edən ölkələrin hazırda tətbiq etdiyi ortaq təşəbbüs xeyli dərəcədə effektiv olub: "Hazırda əsəs diqqət müsbət impulsun saxlanılmasına yönəlidib. Bazarın sabitləşməsi üçün müttəfiqlərimizlə müvafiq tədbirlər davam etdiriləcək".

"Report" xəbər verir ki, bu açıqlamadan sonra günə artımla başlayan neft qiymətləri yenidən azalmağa başlayıb və 48 dollar/bareldən bir qədər aşağı düşüb. Qiymətlərin düşməyə davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi