Bakı. 27 sentyabr. REPORT.AZ/ "2018-ci il aprel ayının 1-nə neft bazarında tarazlığın bərpa olunacağını demək üçün hələ tezdir".
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak neft bazarı və OPEC+ anlaşmasının perspektivlərini şərh edərkən verib.
"OPEC+ anlaşması neft bazarında tələbin artdığı bir dövrdə bitməlidir. Bu ola bilər ki, 2018-ci ilin yayında olsun. Əgər neftə tələbat artarsa, o zaman anlaşma iştirakçıları tədricən ondan ayrıla bilər", - deyə nazir əlavə edib.
Qeyd edək ki, OPEC+ anlaşması 2018-ci il aprelin 1-nə qədər qüvvədədir.