Novak neftin qiymətinin düşəcəyini proqnozlaşdırır

Novak neftin qiymətinin düşəcəyini proqnozlaşdırır 2018-ci ildə qiymətlər 50-60 dollar/barel diapazonunda formalaşacaq
Energetika
24 Noyabr , 2017 14:15
Novak neftin qiymətinin düşəcəyini proqnozlaşdırır
Rusiya energetika naziri Aleksandr Novak / Sputnik/ Sergei Guneyev

Bakı. 24 noyabr. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti cari səviyyədən azalaraq 2018-ci ildə 50-60 dollar/abrel diapazonunda dalğalanacaq. 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın energetika naziri Aleksandr Novak Boliviyanın Santa-Kruz şəhərində 6 ölkənin iştirakı ilə keçirilən qeyri-rəsmi sammitdə çıxış edib.

"Həm 2017-ci, həm də 2018-ci il üçün bu qiymət diapazonunu proqnozlaşdırmışıq. Dəqiq qiymət demək çətindir, lakin diapazonu proqnozlaşdırmaq olur", - A.Novak əlavə edib. 

"Oxford Economics" araşdırma şirkətinin proqnozlarına görə, 2018-ci ildə "Brent" markalı neftin orta qiyməti 55 dollara qədər azalacaq. Buna səbəb, hasilatın və ehtiyatların artması amilləri olacaq.

Son xəbərlər

Orphus sistemi