Novak: “Neft bazarındakı vəziyyət may-iyunda aydınlaşa bilər”

Novak: “Neft bazarındakı vəziyyət may-iyunda aydınlaşa bilər” “May ayında biznesin bərpası və bir çox ölkələrin karantin tədbirlərindən imtinası prosesi başlaya bilər ki, bu da neftə olan tələbatın artmasına təsir göstərəcək”.
Energetika
124
29 Aprel , 2020 10:20
Novak: “Neft bazarındakı vəziyyət may-iyunda aydınlaşa bilər”

“May ayında biznesin bərpası və bir çox ölkələrin karantin tədbirlərindən imtinası prosesi başlaya bilər ki, bu da neftə olan tələbatın artmasına təsir göstərəcək”.

“Report” xəbər verir ki, bu sözləri “Qazeta.ru”ya müsahibəsində Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

“Ancaq hələlik böyük bir qeyri-müəyyənlik var: OPEC+ sazişinin mayın 1-dən etibarən necə işləyəcəyi və bunun nə dərəcədə təsir göstərəcəyi, ölkələrin hasilatı azaltma öhdəliklərini tam yerinə yetirib-yetirməyəcəyi məlum deyil”, - o bildirib.

Nazirin sözlərinə görə, OPEC+ üzvü olmayan bir çox ölkə hasilatın azaldılmasına töhfə verməyə hazır olduqlarını bəyan edib: “Hələlik rəsmi qərarların olmaması səbəbindən bazar bu həcmləri nəzərə almır, hərçənd söhbət ABŞ, Kanada, Norveç, Braziliya, Kolumbiya kimi ölkələrin sayəsində gündəlik 5-10 milyon barelə qədər böyük həcmlərdən gedə bilər”.

O qeyd edib ki, vəziyyətə aydınlıq gəlməyincə aşağı qiymətlər dövrü yaşanacaq. “Bunu, sadəcə, yaşamaq lazımdır. İndi qiymətlər aşağıdırsa, bu, vəziyyətin hər zaman belə qalacağı demək deyil. Hazırda gündəlik tələbat, təxminən, 20-30 milyon bareldirsə, bir müddət əvvəl bu rəqəm 100 milyon bareldən çox idi”, - A.Noval vurğulayıb.

Son xəbərlər

Orphus sistemi