Yuxarı
    Bağlamaq

    Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

    2018-ci ilin martından sonrakı dövr üçün strategiya hazırlanmalıdır

    Bakı. 22 sentyabr. REPORT.AZ/ OPEC+ anlaşmasının iştirakçıları 2017-ci ilin II yarısında neftə olan tələbatın 2 mln. barel/gün artacağını proqnozlaşdırırlar. 

    "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu OPEC+ neft nazirlərinin Monitorinq Komitəsinin bu gün keçirilən iclasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

    "İlin ilk yarısı ilə müqayisədə neftə tələbatın 2 mln. barel/gün artacağını ehtimal edirik", - deyə nazir qeyd edib. Nazir əlavə edib ki, OPEC+ iştirakçıları 2018-ci ilin mart ayından sonrakı dövr üçün də strategiya işləyib hazırlamalıdır.

    Xatırladaq ki, bu gün Vyanada keçirilən iclasda OPEC+ anlaşmasından azad olunan Nigeriya və Liviyanın neft hasilatı müzakirə olunacaq. Nigeriyanın neft naziri bugünkü açıqlamalarında OPEC+ anlaşmasına qoşula biləcəklərini qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi