Nodar Xaduri: “SOCAR-ın Gürcüstan nümayəndəliyi ölkədə ən böyük vergi ödəyicisidir”

Nodar Xaduri: “SOCAR-ın Gürcüstan nümayəndəliyi ölkədə ən böyük vergi ödəyicisidir” O, Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq əlaqələrinin qədim tarixindən danışıb
Energetika
2005
1 Mart , 2017 19:22
Nodar Xaduri: “SOCAR-ın Gürcüstan nümayəndəliyi ölkədə ən böyük vergi ödəyicisidir”

Tbilisi. 1 mart. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin Rəqabətlilik Agentliyinin rəhbəri Nodar Xaduri ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf istiqamətləri, sərmayə qoyuluşu, ticarət dövriyyəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nodar Xaduri ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin qədim tarixindən danışıb, Azərbaycanın Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyduğunu, SOCAR-ın Gürcüstan nümayəndəliyinin ölkədə ən böyük vergi ödəyicisi olduğunu vurğulayıb.

Dursun Həsənov əvvəlcə Gürcüstan hökumətini, xalqını Gürcüstan ilə Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə əldə olunan nailiyyətlərə görə təbrik edib.

Səfir Azərbaycan Prezidentinin strateji tərəfdaş və dost ölkə olan Gürcüstanla əlaqələrin dərinləşməsinə xüsusi önəm verdiyini bildirib. O deyib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələr birgə səylərimiz nəticəsində daha da inkişaf edəcək. Diplomat sağlam rəqabətlilik mühitinin yaradılmasının istehsal olunan məhsulların keyfiyyətinə müsbət təsir edəcəyini xüsusi olaraq vurğulayıb.

N.Xaduri iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu və bu əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi