"Nobel Upstream" Böyük Britaniyanın neft-qaz yatağında pay alıb

"Nobel Upstream" Böyük Britaniyanın neft-qaz yatağında pay alıb Şirkətin baş icraçı direktoru: "Bu, Azәrbaycan vә Şimali Amerikadakı mövcud portfelə mühüm әlavәdir"
Energetika
10 Fevral , 2016 13:55
Nobel Upstream Böyük Britaniyanın neft-qaz yatağında pay alıb

Bakı. 10 fevral. REPORT.AZ/ Böyük Britaniyada tәsis edilən, Azərbaycanda texniki vә kommersiya qrupları yerləşən kәşfiyyat vә hasilat üzrə ixtisaslaşmış “Nobel Upstream” şirkəti “Maclure” neft-qaz yatağında qeyri-operator qismindә 7,59% iştirak payını “Shell” şirkәtindәn almaq üçün alqı-satqı müqaviləsi imzalayıb.

“Nobel Upstream” şirkətindən "Report"a verilən məlumata görə, sövdələşmәnin tamamlanması zəruri təsdiqlәr alındıqdan sonra baş verәcәk.

"Bu əldəetmə “Nobel Upstream” şirkәtinin Keçmiş Sovet İttifaqı vә İqtisadi Әmәkdaşlıq vә İnkişaf Tәşkilatı ölkәlәrindә (Böyük Britaniyanın Şimal dәnizi sektoru, Qәrbi Texas) kәşfiyyat vә hasilat obyektlәrindәn ibarәt tarazlaşdırılmış portfelinin yaradılması strategiyasının tәrkib hissәsini tәşkil edir", - deyə şirkətdən bildiriblər.

“Nobel Upstream”in baş icraçı direktoru Ceremi Hak (Jeremy Huck) bildirib ki, “Maclure” yatağında payın əldə edilməsi şirkətin inkişaf strategiyasına tamamilə uyğundur və Azәrbaycan vә Şimali Amerikadakı mövcud portfelinә mühüm әlavәdir: "Biz bu yataqda әlavә potensial görürük vә onu Şimal dənizindә öz sinfindә ən yaxşı obyekt hesab edirik”.

Qeyd edək ki, "Nobel Upstream" neft vә tәbii qaz layihәlәri ilə mәşğul olan kәşfiyyat vә hasilat şirkәtidir. 2014-cü ildә Böyük Britaniyada tәsis edilmiş "Nobel Upstream" şirkətinin baş ofisi Londonda, texniki vә kommersiya qrupları Bakı vә ABŞ-ın Texas ştatının Hyuston şəhәrlərində yerlәşir. "Nobel Upstream" şirkәtinin Azәrbaycanda vә Şimali Amerikada fəal layihәlәri var.

Böyük Britaniyanın Şimal dәnizi sektorunda yerlәşәn “Maclure” yatağı 1991-ci ildә kәşf edilib vә 2002-ci ildә istismara verilib. Hazırda yataqdan sutkada 8 min barel neft vә 4,3 mln. standart kub fut qaz hasil olunur.

Layihənin operatoru “Maersk” şirkәtidir (38,19%). Bundan әlavә, layihədə “TAQA” (37,04%)  vә “Apache” (17,18%) iştirak payına sahibdir.

Son xəbərlər

Orphus sistemi