Yuxarı

"Nobel Oil" şirkəti Rumıniyada 80-90 yanacaqdoldurma stansiyası açacaq

Nobel Oil şirkəti gələn ay Rumıniyada ilk yanacaqdoldurma stansiyası açacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın "Nobel Oil" şirkəti gələn ay Rumıniyada ilk yanacaqdoldurma məntəqəsini (YDM) açacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, yanacaqdoldurma stansiyası Rumıniyanın şərqindəki Yassi şəhərində yerləşəcək.

"Nobel Oil" şirkəti növbəti xidmət mərkəzini isə Konstanta şəhərində açmağı planlaşdırır.

Ümumilikdə, Şirkət yaxın 5 il ərzində Rumıniyada 80-90 YDM açmağı nəzərdə tutub.

Rumıniya "Nobel Oil" şirkətinin yanacaqdoldurma sahəsində ilk aktivi yerləşən ölkə olacaq.

"Nobel Oil" bu ölkədə törəmə şirkəti olan "Nobel Oil Downstream Romania" vasitəsilə fəaliyyət göstərəcək. Törəmə şirkətə Con Lonq (John Long) rəhbərlik edir.

Qeyd edək ki, "Nobel Oil Downstream Romania" 2014-cü ilin sentyabrında Rumıniyada qeydiyyatdan keçib.

Xatırladaq ki,  “Nobel Oil” kəşfiyyat və hasilat, kompleks əməliyyat və xidmət şirkəti 1 iyun 2005-ci il tarixdən etibarən Xəzər neft və qaz bazarında fəaliyyət göstərir. "Nobel Oil"un törəmə qurumu olan "Nobel Oil Exploration & Production Ltd." şirkəti 20% pay bölgüsü ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə "SOCAR-Ümid" birgə müəssisəsi yaradıb. "SOCAR-Ümid" birgə müəssisəsi 2010-cu ildə böyük qaz ehtiyatlarına (200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat) malik "Ümid" yatağını kəşf edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi