Nikolas Teodosiu: “Black Sea Energy” layihəsi Avropanın enerji təhlükəsizliyini gücləndirməyə imkan verəcək"

Nikolas Teodosiu: “Black Sea Energy” layihəsi Avropanın enerji təhlükəsizliyini gücləndirməyə imkan verəcək" Azərbaycandan Avropaya “yaşıl enerji”nin tədarükünü nəzərdə tutan Qara dəniz sualtı kabelinin çəkilişi (“Black Sea Energy”) layihəsi Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün əhəmiyyətli potensiala malikdir.
Energetika
13 mart 2025 16:16
Nikolas Teodosiu: “Black Sea Energy” layihəsi Avropanın enerji təhlükəsizliyini gücləndirməyə imkan verəcək

Azərbaycandan Avropaya “yaşıl enerji”nin tədarükünü nəzərdə tutan Qara dəniz sualtı kabelinin çəkilişi (“Black Sea Energy”) layihəsi Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün əhəmiyyətli potensiala malikdir.

Bunu “Report”a açıqlamasında “SDSN Black Sea”nin sədri və Salonikidəki Aristotel Universitetinin nümayəndəsi Nikolas Teodosiu bildirib.

"Bu layihə strateji əhəmiyyət daşıyır. Çünki bir enerji mənbəyindən və ya bir təchizatçı ölkədən asılılıq ciddi risklər daşıyır. Ukraynadakı müharibə bunu əyani şəkildə nümayiş etdirdi - hər kəs zərər çəkdi. Buna görə də bizə alternativ həllər lazımdır. “Black Sea Energy” layihəsi isə belə etibarlı variantlardan biri ola bilər", - o qeyd edib.

N.Teodosiunun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyi kompleks şəkildə nəzərdən keçirilməli olan vacib məsələdir: "Bu artıq lokal yox, qlobal problemdir. Günəş, külək, geotermal və ya hər hansı digər enerji növünün olduğu istənilən yerdən enerji tədarükünə dair yolları tapmalıyıq. Beləliklə, qlobal enerji sistemi dəyişir".

Son xəbərlər

Orphus sistemi