​Nigeriyanın neft naziri: "OPEC-in neft hasilatını azaldacağına inanmıram"

​Nigeriyanın neft naziri: "OPEC-in neft hasilatını azaldacağına inanmıram" Nazir dünya neft hasilatının 70%-ni hasil edən ölkələrin qarşılıqlı əlaqəsinin bazara təsir edə biləcəyinə inanır
Energetika
16 Avqust , 2016 14:45
​Nigeriyanın neft naziri: OPEC-in neft hasilatını azaldacağına inanmıram

Bakı. 16 avqust. REPORT.AZ/ Nigeriyanın neft naziri Emmanuel Kaçikvu OPEC üzvü olan ölkələrin cari neft hasilatını azaldacağına inanmır.

"Report" "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla belə, nazir dünya neft hasilatının 70%-ni hasil edən ölkələrin qarşılıqlı əlaqəsinin bazara təsir edə biləcəyinə inanır.

Neft hasil edən ölkələrin birgə tədbirlərinin mümkünlüyü sentyabrda Əlcəzairdə keçiriləcək beynəlxalq energetika forumu ərəfəsində yenidən gündəmə gətirilib. Bu forumda neft hasil edən ölkələrin bazardakı vəziyyətlə bağlı müzakirə aparacağı gözlənilir.

Bundan başqa, Venesuela neft hasil edən ölkələrə bazardakı vəziyətlə bağlı gücləri birləşdirmək üçün yenidən çağırış edib.

Son xəbərlər

Orphus sistemi