Yuxarı

Niderland şirkəti xeyli işçisini ixtisar etməyi planlaşdırır

İndiyədək 15% işçi ixtisara düşüb

Bakı. 5 avqust. REPORT.AZ/ Niderlandın neft-qaz, telekommunikasiya, infrastruktur sektorundakı şirkətlər üçün geotexniki, araşdırma və geoloji xidmətlər göstərən "Fugro" şirkəti gələcəkdə işçilərin ixtisar olunacağını elan edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin 2016-ci il üzrə hesabatına görə, aşağı fəaliyyət səviyyəsini tənzimləmək və qiymət təzyiqinə davam gətirmək üçün 585 əməkdaşın azaldılması tədbirləri artıq görülüb. Davam edən yenidən strukturlaşdırmanın 2016-cı ildə ən azı 1000 nəfər işçi sayının azaldılması ilə nəticələnəcəyi gözlənilir. Ötən il ixtisar edilən 1577 əməkdaşla birlikdə indiyədək 15% işçi ixtisara düşüb."Fugro" şirkəti qeyd edib ki, 2016-cı ilin I yarısında şirkətin aktiv donanmasında 5 gəmi azaldılıb və ilin sonuna kimi də daha çox azalmaya ehtiyac ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi